Dəbdəbə mebelin detallarında hiss olunur və özünü gözəlliklə əhatə etməyi sevən hər bir kəsə böyük estetik zövq verir.

HAQQINDA

separator

Türk şirkəti olan AFSAR MOBİLYA-nın tarixçəsi 1960-cı ilə, Cəlal Afsar-ın ilk şəxsi klassik və avanqard mebel mağazasını İstanbulda açdığı vaxtlara təsadüf edir. İstanbulda yerləşən AFSAR MEBEL bu gün beynəlxalq səviyyəli mebel şirkəti və interyer dizayn studiyasıdır. Şirkət lüks interyer yığılmasında və layihələndirməsində, hər müştəriyə individual yanaşaraq klassik və hətta avaqard mebel sahəsində ixtisaslaşmışdır.

celal-afsar

Biz ev, villa, otel, rezidentlərin premium səviyyədə klassik stildə dizayn edilməsini yaxşı bilirik. Türkiyədə və dünya səviyyəsində işlər görərək böyük təcrübə qazanmışıq. AFSAR MEBEL-in portfoliosunda Avropa və Asiya regionlarından olan kommersiya proyektləri yer alır.

Mebel şirkəti AFSAR MEBEL daim yeni interyer tendensiya və ideyaları yaxından izləyir, öz yaradıcı həllərini təklif edir, həm funksional, həm də əsrarəngiz işlər ortaya çıxarır. Biz interyer dizaynın bütün etaplarını təklif edirik: mebel seçimi və alımı; kumaş və dəri seçimi; ümumi konsepsiya arxitekturasında interyerin rekonstruksiyası və yenidən yığılması, proyektin idarə olunması. Biz hətta individual ölçüdə və individual dizaynda mebel hazırlamağa qadirik! Biz interyer dizayn işini “açar-təslimi” reallaşdırırıq.

Türk mebeli öz gücünü möhkəmliyi və əl əməyi parça toxumadan alır. Beləliklə, türk mebeli almaq (klassik ya da avanqard) uzun illər boyu sizə gözoxşayan ahəng bəxş edəcəyindən əmin olun.

AFSAR MEBEL salonu müxtəlif mebel qrupları təklif edir: qonaq otağı, yemək otağı, yataq otağı, kabinet üçün mebel və hətta avanqard stildə və klassik stildə aksesuarlar. Bütün mebellər təcrübəli türk ustaları tərəfindən, bütün dekorasiya elementləri əl əməyi ilə hazırlanır. Türk mebeli AFSAR əl əməyi ilə ərsəyə gələn, profesionalların zövqünüzə görə hazırladığı mebel deməkdir.